Dünya
Sky News
NATO geri çəkilir
NATO Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etmək niyyətində deyil.
ANS PRESS xəbər verir ki, bunu Böyük Britaniyanın "Sky News" telekanalına müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"Ukrayna NATO üzvü deyil. Təhlükəsizliyin təminatı yalnız Alyans üzvlərinə şamil olunur. Lakin biz Ukraynaya böyük siyasi dəstək veririk, üstəlik hərbi sahədə islahatların aparılması, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində bu ölkəyə əməli yardım göstəririk." - Yens Stoltenberq belə deyib.
NATO-nun Baş katibi hesab edir ki, hazırda ən vacib məsələ Minsk razılaşmalarının atəşin dayandırılması, ağır silahların və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi kimi şərtlərinin yerinə yetirilməsidir.
MənbəSky News