Dünya

NASA-nın kosmik aparatı ilk dəfə cırtdan planetin orbitinə daxil olub

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

 


NASA-nın “Dawn” kosmik aparatı ilk dəfə Seres cırtdan planetinin orbitinə daxil olub.


AZƏRTAC

NASA-nın yaydığı məlumata istinadla xəbər verir ki, “Dawn” Mars və Yupiter planetləri arasında yerləşən bu cırtdan planetə yaxınlaşan ilk kosmik aparat olub.


1801-ci ildə kəşf edildikdən sonra “Seres” ilk əvvəl planet, sonra asteroid və son olaraq cırtdan planet kimi qəbul edilib. “Dawn” kosmik aparatı bu cırtdan planetə çatmaq üçün 7,5 ilə 4,9 milyard kilometr qət edib. Bu kosmik aparat 2011-2012-ci illərdə nəhəng “Vesta” asteroidinə də yaxınlaşmışdı.


Kosmik aparat “Seres”in ən son fotolarını martın 1-də 48 min kilometr məsafədən çəkib.