Dünya

Muzeyə silahlı hücumda ölənlərin sayı artdı

Metbuat.az

Tunisin paytaxtında milli muzeyə edilən silahlı hücumda ölənlərin sayı artıb.



ANS PRESS-in məlumatına görə, hücum zamanı ölənlərin sayı 19 nəfərə çatıb. Ölənlərdən 17-i əcnəbi turistlərdir. Həmçinin 22 turist və 2 yerli sakin yaralanıb.



Bu barədə ölkənin baş naziri Habib Essid məlumat verib. Nazir girov götürülmüş turistlərin hamısının azad edildiyini bildirib. Ölənlərin arasında Almaniya, İspaniya və Polşadan olan turistlər var.



Hələlik hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.



Parlamentin ətrafında yerləşən milli muzey turistlərin Tunisdə ən çox gəzdiyi yerlərdən biridir.

Mənbə
ANS PRESS