Digər

Müxalifətinki bu dəfə də alınmadı

Metbuat.az

Son zamanlar Azərbaycanın müxalif cəbhəsi, xüsusilə də Milli Şura böyük səylə hazırlıqlar görür. Martın 15-də paytaxtda mitinq keçirməyə hazılaşırlar.



Sözsüz ki, istənilən demokratik cəmiyyətdə insanların toplaşmaq, öz fikirlərini ifadə etmək hüquqları var. Bu baxımdan Azərbaycanda da siyasi baxışından asılı olmayaraq insanların sərbəst toplaşmaq hüquqları təmin edilib. Müxalifət də öz varlığını ifadə etmək üçün zaman-zaman mitinqlər, aksiyalar keçirmək məcburiyyətindədirlər.



Belə aksiyalardan biri də bu bazar günü keçiriləcək. Hətta mitinqlə bağlı Facebook sosial şəbəkəsində "ivent" (tədbir) də yaradılıb və insalar dəvət edilib.



Bu gün həmin Facebook "ivent"inə nəzər salarkən çox maraqlı bir məqam gördük. Tədbirə 69 min nəfər çağırılsa da, onlardan yalnız 1800 nəfəri qatılmaq barədə qəti qərarını bildirib. Ancaq onların da hamısının mitinqə qatılacaqları şübhə doğurur. Bundan əvvəlki təcrübə göstərib ki, Facebook-da mitinqə qatılacaqlarını bəyan edən 5000 nəfərdən yalnız 500-ü həmin gün meydanda olub. Müxalif cəbhədəki bu qanunauyğunluğu nəzərə alsaq, bu dəfəki mitinqin iştirakçılarının 180 nəfərdən çox olmayacağını demək olar.



Bu isə bəyan olunan "səs-küylü" mitinqin vətəndaşlar tərəfindən heç də maraqla qarşılanmadığının göstəricisidir.



Murad

Milli.Az