Ölkə
ANS PRESS
Müxalifət liderinin qətlində şübhəli bilinən 3 nəfər həbs olunub
İstanbulda Tacikistan müxalifətinin liderlərindən biri və iş adamı Umarali Quvatovun qətlində şübhəli bilinən 3 nəfər həbs olunub.
ANS PRESS-in məlumatına görə, Quvatov ötən həftə güllələnib və martın 9-da İstanbulun Fatih rayonunda dəfn olunub.
Tanınmış iş adamı olan Quvatov əvvəllər prezident Emomali Rahmonun yaxın tərəfdarı daha sonra isə əlehdarı olub. Rəsmi Düşənbə onu fırıldaqçılıq ittihamı ilə axtarışa vermişdi.
Amma Quvatov məsələnin siyasi motivli olduğunu deyirdi. Quvatov martın 5-də İstanbullda başından güllələnib.
MənbəANS PRESS