Dünya

​"Müsəlman qardaşları"nın lideri ölüm hökmünə məhkum edilib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ "Müsəlman qardaşları"nın lideri Məhəmməd Badi və hərəkatın 13 nüfuzlu xadimi ölüm hökmünə məhkum edilib.


"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, müttəhimlərin hamısı dövlətə qarşı hücumun planlaşdırılmasında müqəssir biliniblər.


Badi bundan əvvəl iki dəfə ölüm hökmünə və ömürlük həbs cəzasına məhkum edilib.