Ölkə

​Müsavatın rayon təşkilatı parlament seçkilərində Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib

Metbuat.az

Bu barədə "Report"a təşkilat sədri Rövşən Dəmirli məlumat verib. O bildirib ki, iclasda ilin sonunda keçiriləcək parlament seçkilərində 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən partiya üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib.


Qeyd edək ki, Müsavat Partiyası parlament seçkilərində iştirak niyyəti olan üzvlərinin siyahısını Məclisin növbəti toplantısında səsvermə ilə təsdiq edəcək.