Ölkə
Müsavat Qadınlar Birliyinin sədri Demokratiya və Rifah Hərəkatında vəzifəyə təyin edilib
Bu barədə "Report"a təşkilatdan məlumat verilib. Hərəkatın sədri
Qubad İbadoğlunun imzaladığı sərəncamla ADR İdarə Heyətinin üzvləri professor Adil Qeybulla təşkilat sədrinin strategiyalar və siyasətlər, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə inkişaf və üzvlərlə iş üzrə müavinləri təyin ediliblər.