Şou

Murad Dadaşovun yeni sevdası

Metbuat.az

Əməkdar artist

Murad Dadaşov

özünü rejissor kimi sınayacaq.



Milli.Az

axşam.az

-a istinadən xəbər verir ki, şoumen bu haqda "ATV Maqazin" verilişində xəbər verib:



"Yaxın günlərdə bir neçə filmimin anonsunu görəcəksiniz. Bu işlərdə aktyor kimi görünməyəcəm. Özümü nədənsə kadr arxasında təsəvvür edirəm. Amma balaca, maraqlı bir epizodu oynaya bilərəm. O da ki dramatik bir rol olsa. Həmişə komediya rolu oynayan aktyorlar dramatik obrazda görünməyi arzulayırlar".



M.Dadaşov "Maşın" şouyla bağlı da danışıb:



"Leonid Yakuboviç ("Pole çudes"in aparıcısı - red.) kimi eyni verilişə aparıcılıq etmək istəmirəm. Amma Azərbaycanda "Maşın" şou çox sevilir və tələb olunur. Maraqlı heyət olsa, layihəni yenidən edə bilərəm. Hələ ki, belə fikrim yoxdur".



Milli.Az