Müğənninin evi kül oldu - VİDEO - FOTO
Xoşbəxtlikdən evdə adam olmadığı üçün xəsarət alan olmayıb
Bakıda tanınmış müğənniyə məxsus 2 otaqlı ev yanaraq külə dönüb.
Anspress
-in məlumatına görə, hadisə martın 6-da, gecə saat 01:22-də, paytaxtın Səbail rayonu ərazisində, 20-ci sahədəki binada baş verib. Alov əvvəlcə birotaqlı evdə başlayıb.
Daha sonra alov qonşuluqdakı 2 otaqlı müğənni
Azad Şabanova məxsus mənzilə keçib. Yanğın şiddətlənib. Xoşbəxtlikdən evdə adam olmadığı üçün xəsarət alan olmayıb.
Yanğınsöndürənlər alovu söndürüblər. Lakin mənzildəki əşyaların çoxu yanaraq yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, gənc müğənni Azad Şabanov “Yeni ulduz-7” mahnı yarışmasının ikincisi olub. 2010-cu ildə Azad Şabanov "Eurovizion" mahnı müsabiqəsində iştirak etmək üçün milli seçimə qoşulur. 20-yə yaxın iştirakçı arasında Azad yarımfinala seçilir və 2 fevral, 2010-cu il tarixində "Buta Palace" – da keçirilən milli yarımfinalda iştirak edir. "Smile" mahnısını ifa edən Azad münsiflər heyətinin səsverməsindən keçə bilməyib.
Yanğının görüntülərini təqdim edirik:
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.