Ölkə
Müdafiə Nazirliyində Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi ilə görüş olub
Bakı, 12 mart,
AZƏRTAC
Martın 12-də Avropa Şurası Parlament Assambleyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, nazirin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran sualları ətraflı cavablandırıb.
R,Uolter münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda ikigünlük səfərdədir.