Mübariz Qurbanlı Rusiyada bəzi ermənilərin qəhrəmanlaşdırılması faktlarına münasibət bildirib
Bakı. 30 mart.
REPORT.AZ/Azərbaycanın Dövlət Komitəsinin sədri Rusiyada bəzi ermənilərin qəhrəmanlaşdırılması faktlarına münasibət bildirib.
“Report”un xəbərinə görəi, Azərbaycanın
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlıbu gün
Qafqaz Müsəlmanları İdarəsində 31 mart soyqırımı ilə bağlı keçirilən tədbirdə bu il faşizmə qarşı qələbənin 70 illiyinin qeyd olunmasını xatırladaraq bildirib ki, Rusiyada bu qələbənin əldə olunmasına qanı tökulənlərə qarşı vuruşan, faşizmlə əməkdaşlıq edən, o vaxtkı alman komandirlərin rəhbərliyi altında çalışan bəzi ermənilər qəhrəmanlaşdırılmasına çalışılır.
O qeyd edib ki, bu anormal haldır: “Çox təəssüflər olsun ki, Rusiyada bu şəxslərin anılması üçün tədbirlər keçirilməyə hazırlaşırlar. Amma Rusiyanın tanınmış ziyalıları, tarixçiləri ölkə prezidenti Vladimir Putinə məktubla müraciət ediblər ki, bu il keçirilən 70 illk ərəfəsində həmən ermənilərin anım tədbirlərinin keçirilməsi pis haldır”.