Dünya
MSK: "İslam Kərimov səslərin 90,39%-ni toplayıb"
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissyasının sədri Mirzə - Uluqbəy Abdusalomov keçirdiyi brifinqdəki açıqlamasında bildirib.
"17,2 milyon nəfər, yaxud səsvermədə iştirak edən seçicilərin 90,39 %-i səsini Kərimova verib", - o bəyan edib. Onun sözlərinə görə, "Özbəkistan Respublikasının prezident seçkisi haqda" Qanunun 35-ci maddəsinə əsasən İslam Kərimov dövlət başçısı seçilmiş sayılır.