Moskvaya yox dedilər
Norveçin baş naziri Erna Solberq, Finlandiya prezidenti Sauli Niinistyo və Niderlandın baş naziri Mark Ryutte Moskvada Böyük Vətən müharibəsinin 70-ci ildönümü münasibətilə təşkil olunacaq Qələbə paradında iştirak etməyəcəklər.
ANS PRESS-in məlumatına görə, onlar bu barədə Kremlə xəbərdarlıq göndəriblər.
Norveçin baş naziri Erna Solberqin bəyanatında bildirilir ki, o, Moskva təntənələrinə qatılmayacaq. Ölkənin digər rəsmi şəxslərinin iştirakı haqqında qərar hələ qəbul edilməyib. Biz nasizm üzərində qələbədə sovet ordusunun töhfəsini təqdir edirik, amma indiki siyasi vəziyyətə görə tədbirlərdə iştirak mümkünsüzdür.
Finlandiya prezidenti Sauli Niinistyo da Rusiya paytaxtına getməkdən imtina edib. Dövlət başçısının dəftərxanasından məlumat verilib ki, buna Ukrayna münaqişəsi və onunla bağlı yaranmış beynəlxalq vəziyyət səbəb oldu.
Niderlandların baş naziri Mark Ryutte Moskvada baş tutacaq mərasim üçün göndərilən dəvətə yox deyib. Hətta xarici işlər naziri Berta Kunders da Rusiya paytaxtına getmək istəmir.
Bundan əvvəl Qələbə paradına Polşa, Litva, Latviya və Estoniya, Böyük Britaniya, Almaniya və Avropa Şurasının rəhbərləri də parada getməmək qərarı veriblər. Onlar Rusiyanın Ukrayna siyasətindən dolayı iştirakın münasib olmadığını söyləyiblər.
Çexiya, Slovakiya, Yunanıstan, Kipr, Bosniyanın və Herseqovina, İslandiya, Makedoniya, Çernoqoriya, Serbiya, Koreya Xalq Demokratik Respublikası nümayəndələri isə dəvəti qəbul ediblər.
Kreml bildirir ki, Avropa İttifaqı faşizmlə döyüşlərdə həlak olan əsgərlərin xatirəsini təhqir edir.
Xatırladaq ki, mayın 9-da Hitler Almaniyası üzərində qələbənin 70 illiyi şərəfinə Rusiyanın 28 şəhərində təşkil olunacaq ənənəvi paradlara 78,5 mindən çox əsgər, 2 min hərbi texnika çıxarılacaq.
MənbəANS PRESS