Moskvada “RAGB gözəli - 2015” müsabiqəsi elan edilib
Moskva, 11 mart,
AZƏRTACRusiyanın Azərbaycanlı Gənclər Birliyi “RAGB gözəli - 2015” müsabiqəsi elan edib.
RAGB-nin İdarə Heyətində bildiriblər ki, müsabiqənin keçirilməsindən məqsəd zərif cinsin nümayəndələri arasında müasir Azərbaycan qızlarının ən yaxşı keyfiyyətlərini özündə birləşdirən gözəli seçməkdir.
Müsabiqədə iştirak etmək istəyən İnstaqram sosial şəbəkəsində RAGB səhifəsinə (
http://instagram.com/amor_official) fotoşəkil və özü haqqında qısa məlumat (adı, atasının adı, soyadı, yaşadığı şəhər və tədris müəssisəsinin adı) göndərməlidir.
Müsabiqənin finalçıları təşkilat komitəsinin qərarı, habelə İnstaqram şəbəkəsində “laykların” sayı ilə müəyyənləşdiriləcəkdir.
Müsabiqənin qalibi mart ayında Moskvada keçiriləcək finalda münsiflər heyətinin səsverməsi yolu ilə seçiləcək.
Bəyəndiyiniz müsabiqə iştirakçısına səs vermək üçün onun fotoşəklinin altında “layk” qoymaq kifayətdir. Səsvermə martın 18-dək davam edəcək.
Səs vermək üçün link:
http://instagram.com/amor_officialMüsabiqənin finalı bir neçə mərhələdən ibarət olacaq. Bu mərhələlərdə qızlar milli Azərbaycan geyimlərini nümayiş etdirəcək və öz yaradıcılıq nömrələrini göstərəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva