Dünya

Moskvada Novodeviçye monastırında yanğın olub

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Moskvada Novodeviçye monastırında yanğın olub.


AZƏRTAC

RİA Novosti-yə istinadla xəbər verir ki, yanğın monastırın zəng qülləsində baş verib. Alovun söndürülməsinə 16 yanğınsöndürən maşın cəlb edilib.


Hazırda monastırın qülləsində təmir işləri aparılır və alovun tikinti materiallarına düşməsi ehtimal edilir. Qüllənin hündürlüyü 40 metrdir. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.