Ölkə

Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Moskvada məşhur rusiyalı tarixçi-qafqazşünas, professor, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Rudolf İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı nəşr edilib.


Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)

AZƏRTAC

-a bildiriblər ki, monoqrafiyaya ictimai-siyasi xadim, yazıçı, publisist, N.Nərimanovun nadir nəşrlərdən aşkarlanmış məqalə və nitqləri, müəllifin sağlığında dərc olunmuş sonuncu əsəri daxil edilib. Əlavələrdə N.Nərimanovun həyat və fəaliyyəti ilə bağlı 147 əlamətdar tarix göstərilir. On bölmədən ibarət kitaba təqribən 475 tarixi material daxil edilib.


Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylidir. “Ön söz”də qeyd edilib ki, oxucu dövriyyəsinə ilk dəfə professor R.İvanov tərəfindən daxil edilmiş məxfi arxivlər N.Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır.


Professor R.İvanovun sənədli epopeyasını Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan N.Nərimanovun coşqun dövlətçilik və siyasi fəaliyyətinin ən dolğun tədqiqatı hesab etmək olar.