Dünya

MKİ-nin sabiq rəhbəri general Petreus məxfi məlumatları sevgilisinə ötürməkdə təqsirli olduğunu etiraf edib

Metbuat.az

[ 04 Mart 2015 05:57 ]


Bakı-APA. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus “məxfi materiallardan lazımi qaydada istifadə etməməkdə” təqsirli olduğunu etiraf edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.  

MKİ-nin sabiq rəhbəri məxfi məlumatları o zaman yaxın münasibətlərdə olduğu “New York Times” nəşrinin  jurnalisti Paula Broudelə ötürdüyünü  etiraf edib.   

Qeyd edək ki, general Petreusun Broudel ilə münasibətləri ictimaiyyətə bəlli olduqdan sonra o,  2012-ci ildə vəzifəsindən istefa verib.  

“New York Times” məlumat verir ki, istintaqla əməkdaşlıq etdiyinə görə, Petreus barəsində məhkəmə prosesi keçirilməyəcək.

General Devid Petreus Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə komandanlıq edib, 2011-ci ildə isə  Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunub.