Ölkə

“Mitinqə görə Əli Kərimliyə pul verirdilər”-keçmiş müavini

Metbuat.az

“Mitinqlərin təşkili üçün Əli Kərimliyə müxtəlif yerlərdən pul gəlirdi”.



Bunu AzVision.az-a açıqlamasında AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev deyib.

Onun sözlərinə görə, AXCP sədrinə mitinq keçirdiyi üçün müxtəlif yerlərdən 
yardım edilirdi:

“Mitinqlərin təşkili üçün partiya üzvlərindən pul yığılırdı. Onların hərəsi 10, 50, 100 manat və s. gücü çatan qədər vəsait ayırırdı və fond yaradılırdı. Bundan başqa təbii ki, sədrə müxtəlif yerlərdən pul gəlirdi. Onun özünün məqbul bildiyi səviyyədə yardımlar göstərilirdı. Amma pulun konkret məbləği və necə xərclənməsi ilə bağlı mənim də məlumatım yoxdur”. 

Əli Kərimliyə mitinq üçün kimlərin pul ayırmasına gəlincə, R.Nurullayev bu haqda ona məlumat verilmədiyini vurğulayıb.