Ölkə

Misirin “Şbabalnil” qəzeti AZƏRTAC-ın baş direktorunun FANA-nın baş katibi ilə görüşündən yazır

Metbuat.az

Qahirə, 6 mart,

AZƏRTAC

 


Misirin “Şbabalnil” elektron qəzeti

AZƏRTAC

-ın baş direktoru Aslan Aslanovun Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyarla görüşü barədə məlumat yayıb.


Məlumatda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclasında iştirak etmək üçün Azərbaycana səfər edən Fərid Əyyarın

AZƏRTAC

-ın beynəlxalq informasiya təşkilatlarında fəaliyyətini yüksək qiymətləndirdiyi bildirilib. Baş katibə istinadən

AZƏRTAC

-ın həm ikitərəfli, həm də xəbər alyansları çərçivəsində qurduğu əlaqələrin digər informasiya agentlikləri üçün nümunə və tərəfdaşlıq modeli olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, F.Əyyar

AZƏRTAC

-ın 2016-cı ildə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresini yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.


Qeyd edilib ki, baş direktor Aslan Aslanov FANA-nın ərəb ölkələrində, həmçinin ən nüfuzlu dünya xəbər alyanslarında təqdirəlayiq fəaliyyət göstərdiyini söyləyib.

AZƏRTAC

-ın Küveytin KUNA, Qətərin QNA, Birləşmiş Ərəb Əmirliklərinin WAM agentlikləri ilə əməkdaşlıq etdiyi, Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edən Səudiyyə Ərəbistanı Krallığının SPA agentliyi ilə sıx əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə