Dünya

Misirin 7 milyonluq planı

Metbuat.az

Misir hakimiyyəti Qahirə yaxınlığında yeni paytaxtın tikintisi ilə bağlı planlarını açıqlayıb.



ANS PRESS-in məlumatına görə, layihə təxminən 7 milyon əhaliyə hesablanıb. Burda yeni hökumət binalarının və yaşayış rayonlarının inşası nəzərdə tutulur.



Bu plan barədə Misirin evlər naziri Mostafa Madbouly martın 13-də dünyanın yüzlərlə lideri və işadamının qatıldığı 3-günlük iqtisadi inkişaf konfransının açılışında bildirib. Madbouly deyib ki, məqsəd yaxın 40 ildə Qahirədə əhalinin sıxlığını azaltmaqdır.



Bu illər ərzində 20 milyonluq şəhərin əhalisinin 2 dəfə artacağı gözlənilir. Qahirənin şərqindəki layihənin məqsədi həm də tikinti hesabına xroniki işsizliyi azaltmaqdır. Hərbçilər artıq yeni şəhərə gedəcək yolların tikintisinə başlayıblar. Madbouly yeni şəhərin necə adlanacağını deməyib.​

Mənbə
ANS PRESS