Misir paytaxtını dəyişir
Bu gün “Misirin gələcəyi” adı altında keçiriləcək konqresdə ölkə üçün bir sıra addımların atılacağı gözlənilir.
ANS PRESS-in məlumatına görə, çox sayda dövlət başçısı, nazir və beynəlxalq şirkət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan konqresdə Misir hökuməti paytaxtın Qahirədən Şarm-əl-Şeyx şəhərinə köçürülməsi təklifinin müzakirəsini planlaşdırır. Bu barədə Misir hökuməti nümayəndələrindən biri xəbər verib.
Şarm Əl-Şeyxdəki bütün obyektlər, eyni zamanda, şəhərin girişi polisin nəzarətindədir. Burada 200-dən çox müşahidə kamerası quraşdırılıb. Jurnalistlər mərkəzin əməliyyat otağındakı xüsusi monitorlar vasitəsilə şəhərin təhlükəsizliyinə necə nəzarət edildiyini izlədilər.
Qeyd edək ki, Şarm Əl-Şeyxi eyni zamanda “Sülh şəhəri” adlandırırlar.
MənbəANS PRESS