Digər
Videonu izləmək üçün şəklə klikləyin.
"Miras" komediya serialında bu həftə nələr olacaq? - VİDEO
Azad Azərbaycan Teleradioyayımı şirkətilə “SOY” prodakşnın birgə layihəsi olan “Miras” komediya serialının bu həftə növbəti seriyası nümayiş olunacaq. Bu dəfə də “Miras” tamaşaçılarına gülüş dolu anlar bəxş edəcək.
Serialda teatr və kinomuzun aparıcı simaları - xalq artisti, şöhrət ordenli Şükufə Yusupova, xalq artisti Vidadi Əliyev, əməkdar artistlər Telman Əliyev, Şövqi Hüseynov, aktyorlar Vüsal Murtuzəliyev, Xuraman Əlizadə, Kəmalə Piriyeva, Günəş Mehdizadə, Təranə Əliyeva rol alıblar.
Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir.
Qeyd edək ki,“Miras”komediya serialı hər həftənin şənbə günü, saat 20:00-da, təkrarı isə cümə günü, saat 12:00-da ATV kanalında yayımlanır.
Videonu izləmək üçün şəklə klikləyin.