Ölkə

Minsk Qarabağ üzrə konfransa ev sahibliyi etməyə hazırdır

Metbuat.az

Belarus Qarabağ münaqişəsi üzrə konfransa ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.



ANS PRESS-in məlumatına görə, bunu Belarus xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə bildirib.



"Mən ATƏT-in müvafiq qərarları ilə nəzərdə tutulmuş müddətdə Dağlıq Qarabağ üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğumuzu təsdiq etmək istəyirəm. Lazım olarsa, biz tam sülh sazişinin hazırlanması məqsədilə danışıqlar prosesinin yekun mərhələsinin keçirilmə məkanını təqdim edə bilərik".



V.Makey qeyd edib ki, Belarus Azərbaycan və Ermənistan prezidentləri arasında təmasların intensivləşməsini alqışlayır: "Belarusun hər iki ölkə ilə sıx əlaqələri var ki, bura dövlət başçıları səviyyəsində təmaslar da daxildir. Bu amil sülh prosesinin irəliləyişi üçün faydalı ola bilər".

Mənbə
Trend