Digər
Milli.Az
Minik avtomobili "KamAZ"-a çırpıldı, yaralanan var - FOTO
Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib
Şirvan polis şöbəsindən
APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
Şirvan sakini, 1996-cı il təvəllüdlü
Həsənov Miradil Mirdadaş oğluidarə etdiyi "VAZ 2107" markalı 90 KA 367 dövlət nömrə nişanlı avtomobili təhlükəli dönmə əməliyyatı yerinə yetirərkən həmyerlisi, 1992-ci il təvəlüdlü
Əliyev Nurlan Nazim oğlunun idarə etdiyi "KamAZ" markalı 54 BE 917 dövlət nömrə nişanlı avtomobilə çırpıb.
Zərbənin gücündən "VAZ 2107"nin sürücüsü avtomobilin pəncərəsindən yola düşüb. Nəticədə o, ağır kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis Şöbəsində araşdırma aparılır.
Milli.Az