Ölkə
AZƏRTAC
Mingəçevir Turizm Kollecində “Azərbaycan qadını və cəmiyyət” mövzusunda tədbir keçirilib
Mingəçevir, 7 mart,
AZƏRTACMingəçevir şəhərində “Azərbaycan qadını və cəmiyyət” mövzusunda tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, Mingəçevir Turizm Kollecində keçirilən tədbirdə çıxış edənlər həyatda, cəmiyyətdə qadınların rolundan danışıb və əlamətdar gün münasibətilə xoş arzularını dilə gətiriblər.
Mərasimdə Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf yolundan söz açılıb, ulu öndər Heydər Əliyevin qadınların inkişafına və təhsilinə daim xüsusi önəm verdiyi, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə “Bahar təravətli Azərbaycan qadınları”, “Əziz xanımlarımız”, “Ana müqəddəs varlıqdır”, “Əziz analar”, “Ana Vətən - Vətən ana deməkdir” mövzularında məruzələr dinlənilib.