Digər

Mingəçevir su anbarında gözlənilməz "qonaq"

Metbuat.az

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsi yaxalayıblar.



APA

-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 nəfər Mingəçevir şəhəri, Mingəçevir su anbarının qadağan olunmuş ərazisinə rezin qayıqla daxil olub.



Dərhal FHN-in müvafiq mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər.



Milli.Az