Digər

Milyarderlər sərvətlərini itirir

Metbuat.az

2014-cü ildə sərvəti 1,3 milyard hesablanan Ukrayna prezidenti Petro Poroşenko bu il "Forbes"in milyarderlər siyahısından çıxıb.



ANS PRESS-in məlumatına görə, o siyahıda 1284-cü yerdə olub.



Xəbər verilir ki, siyasətçiyə milyonlar qazandıran qənnadı şirkəti "Roşen" isə “Rotşild” etibar fonduna verilib.



Nəhəng şirkətə hazırda alıcı olmasa belə fond Poroşenkonun şirkətini müharibə şəraiti olduğuna görə sata bilməz.



Qeyd edək ki, Poroşenkonun "Forbes" siyahısından çıxması ilə Ukraynadan olan oliqarxların sayı beşə enir.



Onlar arasında 6,7 milyard dollar sərvəti ilə ümumi siyahıda 201-ci yerdə olan Rinat Axmetov Ukraynanın ən varlı adamı hesab edilir. Müharibə bölgəsinə mütəmadi köməklik göstərən Axmetov 2014-cü ildə 12,5 milyard dollar sərvət ilə "Forbes" siyahısında 88-ci yerdə idi.


Mənbə
ANS PRESS