İdman
ANS PRESS
Millimiz rüsvay oldu: 3 oyunda 10 qol
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsində 2-ci qrupun oyunlarına yekun vurulub.
ANS PRESS-in məlumatına görə, Bakıda təşkil olunan qrupun son turunun oyunları eyni saatda - 16.30-da başlayıb.
Azərbaycan millisi "Bakcell Arena"da Serbiyanı sınağa çəkib. Komandamız 0:4 hesabı ilə yenilib. Xorvatiya isə "Bakı"nın təlim-məşq bazasının stadionunda Portuqaliyanı 1:0 hesabı ilə udub.
Qeyd edək ki, ilk iki turda Xorvatiyaya 0:4, Portuqaliyaya 0:3 hesabı ilə yenilən Azərbaycan millisi 10 qol buraxsa da, nə rəqib qapısına yol tapıb, nə də xal qazanıb. Hər 3 oyunda qələbə qazanan Xorvatiya 9 хalla qrupu lider kimi başa vurub.
MənbəANS PRESS