İdman

Millimiz Fransada fransızlara uduzdu

Metbuat.az

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit mərhələsində mübarizəyə başlayıb.



ANS PRESS-in məlumatına görə, yığmamızın yer aldığı 7-ci qrupun oyunları Fransada keçirilir. Qrupda ilk turun oyunları baş tutub. Əvvəlcə meydana İngiltərə və Danimarka milliləri çıхıb.



İngilislər 3:2 hesablı qələbə qazanıb. Günün ikinci oyununda isə Azərbaycan millisi meydan sahibi Fransa ilə üz-üzə gəlib. Oyun fransızların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Qeyd edək ki, millimiz martın 28-lə İngiltərə, 31-də Danimarka ilə qarşılaşacaq.

Mənbə
ANS PRESS