Ölkə
Milli Şura növbəti mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
[ 16 Mart 2015 15:10 ]
Bakı. Etibar Məmmədov - APA. Milli Şura aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Bu barədə APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib.
F.Qəhrəmanlı deyib ki, bu gün BŞİH-ə ünvanlanan müraciətdə Milli Şuranın aprelin 5-də saat 15:00-da Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul etdiyi qeyd olunub.
Xatırladaq ki, Milli Şura martın 15-də də eyni tələblər BŞİH-lə razılaşdırılmış mitinq keçirib.