Ölkə
Milli Şura Bakıda mitinq keçirib
“Report”un məlumatına görə, Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən aksiyada Milli Şuranın üzvləri ilə yanaşı, digər siyasi partiyaların da nümayəndələri iştirak ediblər.
Aksiyada Milli Şuranın sədri
Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri
Əli Kərimli, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Milli Şuranın Koordinasiya Şurasının üzvü Rövşən Əhmədli çıxış edib.
Onlar çıxışlarında qiymət artımını tənqid edib. Sonda mitinqin qətnaməsi oxunub.
Aksiya insidentsiz başa çatıb.