Sosial
Milli.Az
Milli qəhrəmanın xatirəsi anılıb
Azərbaycanın milli qəhrəmanı
Tabil Həsənovun ölümündən 23 il keçir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, o, 1992-ci il martın 29-da Xocalı və Xankəndi rayonları arasındakı Ağdaş yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən əvvəl dörd erməni postunu nəzarətə götürərək, onlarla ermənini məhv edən 32 yaşlı qəhrəman elə doğulduğu Xocalının Kosalar kəndində də dəfn edilib.
Hazırda onun ailəsi Bərdənin Şirvanlı kəndində yaşayır. Oğlu
Nəsir Həsənovatasının yarımçıq qalan missiyasını reallaşdırmağa çalışır. O, atasını az xatırlasa da, onun qəhrəmanlıqları haqqında çox eşidib. Dağlıq Qarabağda göstərdiyi şücaətə görə, “Qırxqız qartalı” adı ilə çağırılan Tabil Həsənovun döyüş yoldaşları da onun qəhrəmanlığını hər zaman xatırlayırlar.
Milli.Az