Digər

“Milli Ön” terminalından pul oğurlayan şəxs tutulub

Metbuat.az

[ 09 Mart 2015 13:35 ]



Bakı. Fuad Cəfərov – APA.  Bakıda oğurluq edən şəxs saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində 27-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Nəriman Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında quraşdırılmış “Milli Ön” terminalından 1430 manat oğurlayan Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.