"Messi və Ronaldunun italyan kökləri olsaydı..."
İtaliya millisinin sabiq çalışdırıcısı
Marçelo Lippiqarşıdakı oyunlarda "Scuadra Azzurra"nın heyətinə
Franko Vaskes(Palermo) və
Eder Martinezin (Sampdoria) dəvət olunmasına münasibət bildirib. Qeyd edək ki, Vaskes Argentinda, Eder isə Braziliyada dünyaya gəlib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lippi italyan kökləri olan bu iki futbolçunun millidə çıxış etməsini normal qarşılayıb.
"Mən dünya çempionatını qazandırdığım heyətdə (red. 2006 Almaniya mundialı) Argentina köklərinə malik Mauro Kamoranezi vardı. Messi və Kriştianu Ronaldunun italyan kökləri olsaydı, onların millidə oynamasına söz deyən tapılmazdı. Bütün qaydalara əməl edildiyi təqdirdə, Eder və Vaskesin İtaliya millisinə dəvət almasında problem görmürəm. Millidə italyan futbolçuların çıxış etməsi daha yaxşı olardı. Amma keyfiyyətli oyunçular varsa, niyə də onları dəvət etməyəsən?"
Milli.Az