Digər

Məşhur yazıçının müəmması çözüldü

Metbuat.az

İspaniyada orta əsrlərin ən görkəmli və müəmmalı yazıçılarından olan Migel De Servantezin qalıqları aşkarlanıb.



ANS PRESS-in məlumatına görə, tədqiqat qrupunun rəhbəri Fransisko Etçebariya, yanvar ayında Madrid kilsəsinin zirzəmisində tapılmış “MC” hərli qutudakı qalıqların həqiqətən “Don Kixot” romanının müəllifinə aid olduğunu təsdiqləyib.



Tapılmış “MC” inisiallı qutudakı naməlum skelet natamam olub, müxtəlif sümüklərdən ibarət olub. Alimlər tapıntılar əsasında yazıçıya aid tarixi, arxeoloji və antropoloji aspektəri təhlil etdikdən sonra, həmin sümüklərdən bəzilərinin Servantezə aid olduğu nəticəsinə gəlib. Dünya ədəbiyyatının incisinə çevrilmiş Don Kixot əsərinin müəllifinin 1616-cı ildə Madriddə qara ciyər sirrozundan öldüyü iddia olunur.



Bəzi iddialara görə, o ölən vaxt səfalət içində olub və rahibə çevrilib. Servantezin qalıqlarının Trinitariyan monastrının həyətində təntənəli şəkildə dəfn oluacağı bildirilir. Tarixi faktlara görə, Həmin kilsənin ovaxtki dini ordeni Əlcəzairdə əsir düşmüş Servantezin azad edilməsi üçün külli miqdarda pul sərf edib.

Mənbə
ANS PRESS