Digər

Məşhur yazıçı-yumorist vəfat etdi

Metbuat.az

Tanınmış rus yazıçı-yumorist Arkadi Arkanov vəfat edib.



ANS PRESS-in məlumatına görə, 82 yaşlı yazıçı Moskva xəstəxanalarının birində dünyadan köçüb.



Martın 14-dən onkoloji xəstəliyi səbəbindən sinəsində ağrılar başlayan A.Arkanov xəstəxanaya yerləşdirilib.



A.Arkanov 7 iyun 1933-cü ildə doğulub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. 20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.

Mənbə
ANS PRESS