Dünya

Məşhur yarışda faciə: hər şey ani oldu - VİDEO - FOTO

Metbuat.az
"World Endurance Championship" beynəlxalq avtoçempionatının mərhələsi olan "VLN Endurance Championship" yarışı zamanı Almaniyanın Nürbürq şəhərindəki Nürbürqrinq avtodromunda faciə baş verib.
 
Milli.Az European-a istinadən bildirir ki, "Nissan" komandasının pilotu, britaniyalı Cann Mardenboronun idarə etdiyi Nissan GT-R NISMO GT3 avtomobili "Northern Loop" döngəsində trasdan çıxıb və yol kənarındakı tamaşaçıları vurub. Qəza nəticəsində yaralanmış 5 tamaşaçıdan biri avtodromun tibb mərkəzində həkimlərin bütün səylərinə rəğmən, keçinib.
 
Nürbürqrinq Almaniyanın ən məşhur avtodromlarından biridir. Burada ilk yarış 1927-ci ildə keçirilib.
 
Milli.Az
 




Videonu izləmək üçün şəklə klikləyin.