Digər

Məşhur serialın yeni mövsümü başlanır

Metbuat.az
Dünyanın məşhur "Taxt oyunları" ("Game of Thrones") serialının beşinci mövsümünün rəsmi təqdimatı baş tutub.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, Londonda baş tutan gecədə ekran işinin aktyorları və digər tanınmışlar iştirak ediblər. Aktyorlar yeni sezonda tamaşaçıların daha çox təəccüblənəcəyini deyiblər. Qonaqlar arasında Sofi Terner, Nikolay Koster-Valdau, Kit Harinqton, Qvendolin Kristi və başqaları olub.
 
Qeyd edək ki, G.G. Martinin kitabları əsasında çəkilən serialın yeni seriyaları 12 apreldən etibarən nümayiş olunacaq.
 
Milli.Az