Digər

Məşhur restoranlardan birində qadının çantasından pul oğurlanıb

Metbuat.az

[ 11 Mart 2015 13:19 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 10-da Nəsimi rayonu ərazisindəki “McDonalds”-da Bakı şəhər sakini Almara Hüseynovanın çantasından 2500 manatı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada mühafizəçi işləyən Bakı şəhər sakini Vüsal Həsənov saxlanılıb.