Dünya
Məscidə silahlı hücum: 5 ölü, 6 yaralı
Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlı şəxslərin məscidə hücumu nəticəsində 5 nəfər ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində daha 6 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.