Digər
Milli.Az
Məryəm Üzərlinin 3 milyonu oğurlandı
Məryəm Üzərlinin keçmiş sevgilisi və qızının atası Can Atəşin çalışdığı siğorta şirkətindəki işçilərin 30 milyon pulunu mənimsədiyi və Meksikaya qaçdığı iddia edilir.
Milli.Az publika.az-a istinadən bildirir ki, Can Atəşin qurbanları arasında qızının anası, aktrisa Məryəm Üzərli də olub. Məryəmə daha çox gəlir əldə edəcəyini deyərək 3 milyon lirəsini alan və aradan çıxan iş adamının Meksikada olduğu artıq təsdiqini tapıb. Belə ki, onun Meksikanın Tulum çimərliyində çəkilmiş fotosu sosial şəbəklərdə yayılıb.
Qızının atasının fırıldaqçı kimi tanınmaması üçün polisə müraciət etmədiyi deyilən Məryəm Üzərli iddialarla bağlı heç bir açıqlama verməyib.
Milli.Az