Dünya

Merkel sakitləşmək istəmir

Metbuat.az

Almaniya və bizim müttəfiqlərimiz Krım Ukraynaya qaytarıldıqdan sonra sakitləşəcək.



ANS PRESS-in məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdə bildirib.



O deyib ki, biz bu tarixi Krımın qanunsuz ilhaqı günü kimi yadda saxlamalıyıq. Unutmamalıyıq ki, bu akt post-müharibə Avropasındakı sabitliyi təhlükə altında qoyub. Ukraynanın süverenliyi və ərazi bütövlüyü bərpa olunmayınca, sakitləşməyəcəyik.”



Görüşdən sonra keçirilən mətbuat konfransında prezident Petro Poroşenko bildirib ki, martın 19-da keçiriləcək Avropa sammitində Qərb liderlərindən Rusiyaya qarşı sanksiyalar məsələsində aydın mövqe gözləyir.



Onun fikrincə, Rusiya Minsk razılaşmasının şərtlərinə əməl etməyib və rəsmi Moskvaya qarşı sanksiyalar genişləndirilməlidir.

Mənbə
ANS PRESS