Ölkə

Məqsəd Nurun həyat yoldaşı intihar etdi

Metbuat.az

Bakıda intihar hadisəsi baş verib.



ANS PRESS-in məlumatına görə, Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.



Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.



İntiharın səbəbləri hələlik məlum deyil.



Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır.

Mənbə
ANS PRESS