Digər
Mənzildən 48 min manat oğurlayan şəxs tutulub
[ 18 Mart 2015 13:04 ]
Bakı. Fuad Cəfərov – APA. Abşeronda baş verən oğurluq hadisəsinin üstü açılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də Digah qəsəbəsində yaşayan Tural Hüseynovun evindən 48000 manat və qızıl əşyalar oğurlayan həmyerlisi Həsən Əfəndizadə tutulub.