Ölkə
ANS PRESS
Mənzildə kişi meyidi tapıldı
Gəncədə mənzildə kişi meyidi tapılıb.
ANS PRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gəncənin Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə xəbər nazirliyin müvafiq qurumuna çatan kimi dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar.
Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseynbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
MənbəANS PRESS