Dünya
Mənsur Hadi sabiq prezidentin oğlunu işdən azad etdi
Yəmən prezidenti Mənsur Hadi Yəmənin Səudiyyə Ərəbistanında olan səfiri, ölkənin sabiq dövlət başçısı olmuş Əhməd Əli Salehin oğlunu işdən azad edib. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, Hadi sabiq pprezidentin oğlunun husi üsyanının arxasında dayandığına əmindir.
Məlumat üçün bildirək ki, Yəməndən xarici diplomatların çıxarılması davam edir. İndiyə qədər 80 xarici diplomat Ədəni tərk edib.