Dünya
Məktəblinin son arzusu çin oldu, öldü - FOTO
Xuliqanların vəhşicəsinə döydükləri meksikalı şagird 16 ay xəstəxanada müalicə olunsa da, həkimlər onu xilas edə bilməyiblər.
Beynindən ağır zədələr almış yeniyetmənin sadəcə, son arzusu gerçəkləşdirilib.
O, ölməmişdən əvvəl dənizi görmək istəyirdi.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Meksikanın mərkəzindəki Amozos şəhərində yaşayan 14 yaşlı Antonio de Hesus Lopes Monye məktəbdən evə qayıdanda ona bir dəstə xuliqan hücum çəkmişdi.
Vəhşicəsinə döyülən Antonio xəstəxanaya aparılanda bəlli olmuşdu ki, o, ağır kəllə-beyin travmaları alıb və bədəninin yarısı iflic olub.
Vəziyyəti fasiləsiz pisləşən Antonionun müalicəsi aylarla davam etdi və ata-anası ondan bezərək oğlanı nənəsinin yanına apardılar.
Nənəsinin evində yaşamağa başlayandan 3 ay sonra Antonio öldü.
Oğlanın atası Antonio Roberto Kastro Barranko deyib: "Oğlumun ölümü içimizi puç etdi. Qəlbimiz parçalanıb".
Onun sözlərinə görə, oğlu döyüləndən bəri 9 dəfə ağır əməliyyata məruz qalıb. Lakin sonucda həkimlər daha bir əməliyyatın balaca Antonionu öldürə biləcəyini deyiblər və 14 yaşlı pasiyenti evə buraxıblar.
Həmin gündən də Antonio Meksikanın şimal-qərbindəki Ensenada şəhərində, nənəsinin evində yaşayırdı.
Milli.Az