Mədəniyyət

Məktəblilər Vaqif Mustafazadənin 75 illik yubileyinə konsert təqdim edəcəklər

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Martın 17-də Rəşid Behbudov adına Mahnı Teatrında Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar 2 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən konsert keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş konsert proqramında Vaqifsayağı kompozisiyalar, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ələkbər Tağıyev, Faiq Sücəddinov, İlham Abdullayev və dünya caz bəstəkarlarının əsərləri ifa olunacaq.