Ölkə

Məktəblilər dəniz səviyyəsindən 689 metr yüksəklikdən Qusar şəhərinə tamaşa ediblər

Metbuat.az

Qusar, 22 mart, Elxan Yusifli,

AZƏRTAC

Martın 22-də Naxçıvan Muxtar Respublikasının məktəblilərinin növbəti qrupu “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonuna ekskursiya edib.


AZƏRTAC

xəbər verir ki, məktəblilərin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlükdə Azərbaycan bayrağı dalğalanır.


Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa ediblər.


Sonra tur-aksiyanın iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib.


Sonra tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxıblar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verilib.


Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası eləcə də Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə də yaxından tanış olublar.


Martın 23-də Naxçıvan Muxtar Respublikasının məktəblilərinin Qubaya da ekskursiyası planlaşdırlır.